Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çili hökuməti ticarət mərkəzlərində plastik paket istifadəsini tam qadağan edib. Ölkə təxminən 2 il ərzində müvafiq islahatlar aparıb.

Bu haqda Çili ətraf mühit naziri Karolina Şmidt məlumat verib.

Plastik paketlərdən imtina 2018-ci il 3 avqustdan başlayıb və bu gün (3 avqust – red.) son addım atıldı – kiçik və orta mağazalarda plastik paketlər qadağan edildi”, – deyə o bildirib.

Daha öncə ölkə rəhbərliyi supermarketlərdə plastik paketlərin satış və istifadəsini qadağan edib. Ölkə rəhbərliyi iki il ərzində 5 milyon paketin satışının qarşısını ala bilib.

Yeni qaydalara əsasən, plastik paket satan mağaza satdığı hər paketə görə təxminən 330 dollar cərimələnə bilər.