ABŞ hərbçilərinin olduğu baza raket atəşinə tutuldu – İRAQDA

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İraqın qərbində əl-Ənbar əyalətində yerləşən “Eyn əl-Əsəd” hərbi bazası raket atəşinə tutulub.

Sözügedən bazada ABŞ hərbçiləri yerləşir.

Nəticədə 3 nəfər yaralanıb.

Bu barədə ABŞ ordusunun rəsmisi Veyn Marotto məlumat verib.

Xatırladaq ki, ötən gün axşam saatlarında İraqın Ərbil şəhərində  ABŞ hərbçilərinin olduğu beynəlxalq hava limanına da silahlı dronlarla hücum edilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş