Gürcüstanda koronavirus statistikası: 3 yoluxma, 3 sağalma

66
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1182-yə çatıb, onlardan 962 nəfər sağalıb, 17 nəfər ölüb.  Karantin rejimində 7007 vətəndaş nəfər qalır ki, onlardan 280 nəfər həkim nəzarətindədir.

Qeyd edək ki, bir neçə gündür Tbilisinin böyük bazarlarında koronavirus testləşməsi aparılır.