Türkiyədən Azərbaycana 100 min qutu dərman gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

Az.shafaqna.com-un məlumatına görə, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu Favipiravir dərmanı göndərəcək.

Bu məqaləni paylaş