Tacikistan Əfqanıstanla sərhədə əlavə 20 minlik qoşun səfərbər edir

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Tacikistan Əfqanıstanla sərhədin möhkəmlədilməsi üçün bu bölgəyə əlavə 20 minlik qoşun səfərbər edir.

Tacikistan prezidenti Emoməli Rəhmon bununla bağlı ölkənin müdafiə naziri Şerali Mirzoya müvafiq göstəriş verib.

Qərar Əfqanıstandakı vəziyyətin gərginləşməsinin fonunda qəbul edilib.

Xatırladaq ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının fonunda “Taliban” terror təşkilatı sürətlə irəliləyərək yeni-yeni əraziləri işğal edir.

Bu məqaləni paylaş