Pakistan hərbçilərinə qanlı terror hücumu edildi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Xeybər-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində hərbçilərlə terrorçular arasında toqquşma baş verib.

Nəticədə 3 pakistanlı hərbçi həyatını itirib, daha 1-i isə yaralanıb.

Döyüş nəticəsində 5 terrorçu məhv edilib.

Bildirilir ki, terrorçu Şah Həsən Hel bölgəsində hərbi posta hücum ediblər.

Xatırladaq ki, bir neçə gün öncə də Pakistan hərbçilərinə qarşı terror hücumu törədilmişdi.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş