Neftçalanın sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina edib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Az.shafaqna.com xəbər verir ki, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib və prokuror ittiham aktını elan edib.

Sabiq icra başçısı İsmayıl Vəliyev özünü ittihamlarda təqsirli bilməyib və ifadə verməkdən imtina edib.

İş üzrə növbəti məhkəmə prosesi iyulun 12-ə təyin edilib.

İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

Bu məqaləni paylaş