Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, İnquri keçidi Gürcüstanın Abxaziya sakinləri üçün tam açıqdır.
Bu barədə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, İnquri keçidinin açılması Abxaziya sakinlərinə Gürcüstanın nəzarətində olan ərazilərə daxil olmağa, həmçinin Abxaziyaya geri dönməyə imkan verəcək.
Bəyanatda deyilib ki, sərbəst hərəkətə ötən il tətbiq edimiş məhdudiyyət qeyri-qanuni idi. Bu məhdudiyyəti 2021-ci ilin 11 fevral tarixindən beynəlxalq təşkilatların dəstəyi ilə atılmış addımlar nəticəsində mərhələli şəkildə ləğv etmək mümkün olub.
İlkin mərhələdə hərəkət hüququ yalnız yaşlı, təqaüdçü, çoxuşaqlı ailələr, məhdud sağlamlıq imkanları olan və xüsusi ehtiyacları olan insanlara verilib. Hazırda isə hər kəs üçün istisnasız şəkildə bərpa edilib.