Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistan quru qüvvələr komandiri General Kamer Cavid Bacva Türkiyəyə səfəri çərçivəsində Türkiyə Quru Qoşunları Komandiri General Ümit Dündar ilə bir araya gəlib.
Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
İki ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığı mövzusunun da gündəmə daxil edildiyi görüşdə bu sahələrdə əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edilib.
Pakistan Quru Qoşunları Komandanı ölkəsinin Türkiyə ilə qardaşlıq münasibətlərinə üstünlük verdiyini vurğulayıb
Bu məqaləni paylaş