Britaniya koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

Britaniyanın Baş naziri Boris Conson bu ayın sonunda koronavirus məhdudiyyətləri ləğv olunduqdan sonra əhalinin qapalı məkanlarda maska taxmasına ehtiyac olmayacağını bildirib.

Az.shafaqna.com VOA-ya istinadən xəbər verir ki, Conson höküməti bazar ertəsi 19 iyul tarixində məhdudiyyətləri ləğv etməyi hədəflədiyini təsdiqləyib.

Conson sosial məsafə qaydalarının da ləğv olunacağını, lakin müəssisələrin yenə də tibbi maska və sosial məsafə qaydaları tətbiq edə biləcəyini deyib.

Londonda keçirdiyi mətbuat konfransı zamanı Conson bildirib ki, tətbiq olunan qanuni məhdudiyyətlər ləğv ediləcək və insanlara virusu məlumatlı şəkildə necə idarə edəcəklərinə imkan veriləcək”.

Baş nazir məhdudiyyətlər ləğv olunduqdan sonra yoluxmalar və ölüm hallarında artma ehtimalını da dilə gətirib.

Bu məqaləni paylaş