
Yenilənən: Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib.
Az.shafaqna.com xəbər verir ki, dəfn mərasimində Milli Məclisin deputatları, mərhumun oğlu Kəmaləddin Heydərov və digər ailə üzvləri iştirak ediblər.

10:13 – Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.
Az.shafaqna.com xəbər verir ki, Fəttah Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.
Deputat bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Fəttah Heydərov Azərbaycanın fövqəladə hallar naziri, Kəmaləddin Heydərovun atasıdır.
























