Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, “Amazon” şirkətinin qurucusu Ceff Bezos artıq bu şirkətin baş direktoru deyil.
Onu bu vəzifəsində Endi Cessi əvəzləyəcək.
Bildirilir ki, Bezos tutduğu postu tərk etsə də, əvvəlkitək şirkətdə böyük nüfuza sahib olacaq, eyni zamanda o, şirkətin səhmlərinin 10 faizinin sahibi olaraq ən böyük səhmdar olacaq qalmağa davam edir.
Bezosun gedişi “şirkət üçün kritik anda” baş verdi: pandemiya şirkətin xidmətlərinə kütləvi tələbata səbəb olub ki, bu da şirkətin gəlir və işçilərinin sayının artmasına gətirib çıxarıb.
“Bloomberg”-in məlumatına görə, Ceff Bezos dünyaın ən varlı insanı olaraq qalmağa davam edir – onun sərvəti 203 milyard dollardan çoxdur.
Bu məqaləni paylaş