Rusiyanın Əfqanıstandakı baş konsulluğu qapadıldı

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən Rusiya baş konsulluğu qapadılıb.

Bu barədə Rusiya səfirliyindən məlumat verilib.

Baş konsulluq “vəziyyət aydınlaşanadək” qapalı qalacaq.

Qeyd edilib ki, Kabildəki səfirlik etibarlı şəkildə qorunur, ölkə ərazisindəki mürəkkəb vəziyyət səbəbi ilə evakuasiya planı yoxdur.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş