Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Filippində hərbi təyyarə qəzaya uğrayıb.
İnsident nəticəsində 47 hərbçi həyatını itirib.
Bu barədə Filippin ordusunun rəsmisi Eqarda Arevalo məlumat verib.
Daha 49 hərbi qulluqçunun isə xəsarət aldığı qeyd edilib.
Bundan başqa, 3 yerli sakinin də dünyasını dəyişdiyi bildirilib.
Ümumilikdə 32 nəfər xəstəxanaya yerləşdirilib.
Qəza ərazisindəki axtarışlar başa çatdırılıb. Hazırda məlumat-axtarış əməliyyatı başlayıb.
Bu məqaləni paylaş