Gürcüstanda onlayn narkotik satanlar tutuldu – VİDEO

63
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda narkotik maddələrin onlayn yol ilə satışını həyata keçirən iki şəxs saxlanılıb.

Bu haqda yerli Polis məlumat verib.

Qeyd olunur ki, onlar qeyri-qanuni yolla 2 milyon lari (1 milyon 500 min AZN, 648 min dollar) əldə ediblər.

Gürcüstan DİN-nin Mərkəzi Kriminal Departamentinin direktoru Mamuka Çelidze qeyd edib ki, D.D və F.B adlı şəxslər totalizatora onlayn yolla pul yatırmaqla bu cinayət əməllərini gizlətməyə çalışıblar. Çelidze bildirib ki, 2020-ci ildə tatalizatorun hesabına 2 milyon pul cəlb edərək, müştərilərinə narkotik maddələr satıblar. Onlar müştərilərdən pulu bu hesaba köçürmələrini reallaşdırdıqdan sonra narkotik maddələrin harada olmasını telefon vasitəsilə onlara deyiblər.

Gürcüstan Polisi əməliyyatın videosunu paylaşıb.