Bakıdan Naxçıvana uçuş edən təyyarədə texniki nasazlıq yaranıb

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları”na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

Az.shafaqna.com xəbər verir ki, AZAL-dan verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.

Bu məqaləni paylaş