
Az.shafaqna.com “The Indian Express”-ə istinadən xəbər verir ki, 62 yaşlı keçmiş həkim Davendra Şarma 100-ə yaxın insanın qətlində şübhəli bilinir.
Şübhəli yarım il polisdən gizləndikdən sonra Dehlidə həbs edilib.
Hindistan polisinin məlumatına görə, Şarma 2004-cü ildə qanunsuz orqan transplantasiyasına görə ömürlük azadlıqdan məhrum edilib. Caypur həbsxanasında keçirdiyi 16 ildən sonra yaxşı rəftarına görə 20 günlük məzuniyyətə buraxılıb.
Lakin eks-həkim dəmir barmaqlıqlar arxasına geri dönmək istəməyib və qaçmaq qərarına gəlib. O, qonşu ştata köçərək yarım il polisdən gizlənib. Bu zaman ərzində o evlənib və hətta daşınmaz əmlakla bağlı fırıldaqçı sxemdə də iştirak edib.
Həbsindən sonra Şarma deyib ki, 2000-ci illərin əvvələrində baş vermiş taksi sürücülərinin qətlində əli var. O və onun cinayət yoldaşları sürücüləri aldadıb gətirərək onları öldürürdülər və daha sonra onların cəsədlərini timsahların dolu olduğu Xazara kanalına atırdılar. Onlar bu yollar sübutları gizlədirdilər. Qurbanlarının avtomobillərini isə satırdılar.
Polisdən bildiriblər ki, həbs zamanı Şarma sakit idi və qaçmağa cəhd etməyib. O, polisdə saatlarla dindirilib. KİV-də yayılmış 100 qətl haqqında soruşulduqda o, polisə deyib : “Mən 50-dən sonra hesabı itirdim… 100 də ola bilər. Bunu yadda saxlamaq asan deyil”.






























