Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ 1988-ci ildə törətdiyi cinayətə görə İran xalqından üzr istəməli, təzminat ödəməlidir.

ABŞ-ın hələ də öz təqsirini etiraf etmədiyini deyən Ruhani qeyd edib ki, ABŞ bu istiqamətdə addım atmağın əvəzinə, günahkarları medalla təltif edib. O, əlavə edib ki, rəsmi Vaşinqton buna görə də izahat verməlidir.

Xatırladaq ki, 1988-ci ilin 3 iyul tarixində “Iran Air” aviaşirkətinin mülki təyyarəsi Fars körfəzi üzərində ABŞ ordusunun raket hücumuna məruz qalır. Təyyarənin göyərtəsində olan 290 mülki şəxsin hamısı, o cümlədən də 65 uşaq dünyasını dəyişib. ABŞ hələ də bununla bağlı üzr istəməyib.