Gürcüstanın vaksinasiyaya qeydiyyat saytına kiberhücum edildi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın vaksinasiya üçün qeydiyyat saytı kiberhücuma məruz qalıb.

Bu barədə səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

“Biz gözləyirdik ki, portalda qeydiyyat başlayacaq, lakin məlum oldu ki, kütləvi kiberhücum edilir və biz saytın sazlığını təmin edə bilmədik”, – deyə o, qeyd edib.

Gürcüstan Daxili İşlər Nazirliyindən deyilib ki, kiberhücum faktı ilə bağlı cinayət işi başladılıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş