
Az.shafaqna.com “The Sun”-a istinadən xəbər verir ki, Böyük Britaniyada “Qarfild” ləqəbli kürən pişik 64 km məsafəni qət edərək sahiblərinə geri dönüb.
8 iyunda Nil Peyn və onun həyat yoldaşı Lesa 3 yaşlı pişiyi başqa ailəyə veriblər. Lakin 20 iyunda pişik Londonun şimalında yaşayan yeni sahiblərindən qaçıb. Ay yarımdan sonra, 30 iyulda, pişik İngiltərənin Şillinqton kəndinə Peynlərin evinin kandarına gəlib çatıb.
“Bu, inanılmazdır. O, mənə baxırdı və ağlayırdı. Birinci bunun Qarfild olduğuna inanmadım. Lesa qapıya yaxınlaşdı, onu ləbəqi ilə çağırdı və pişik onun üzərinə atlandı. Bu, sadəcə təəccüblüdür. O, bizi tapmaq üçün 64 km-dən çox məsafəni qət edib. Heç vaxt küçəyə çıxmamış bir pişiyin evə necə qayıtdığını anlamıram”, – deyə Nil bildirib.
Ailə Qarfild özündə saxlamaq qərarına gəlib.
“Artıq biz onu başqasına verə bilmərik. O, yerinin burada olduğunu sübut etdi”, – deyə Nil qeyd edib.






























