KTMT: Ermənistandakı vəziyyət nizamnaməyə daxil deyil

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan sərhədindəki gərginləşmiş vəziyyət sərhəd münaqişəsidir, ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv məsuliyyət nizamnaməsi ona şamil edilmir.

Bu barədə KTMT baş katibi Stanislav Zas bildirib.

“Anlamaq lazımdır ki, KTMT potensialından yalnız (üzv ölkələrdən birinə) aqressiya, hücum halında istifadə olunur. Burada isə söhbət, mahiyyətcə, sərhəd insidentindən gedir”, – deyə o, qeyd edib.

Zasın sözlərinə görə, vəziyyəti dinc yolla həll etmək lazımdır. O deyib ki, hazırda münaqişə şiddətlənmə mərhələsində deyil.

“Qarşıda məhz bu sərhəd, bütün bu mübahisəli məqamların həlli məsələsi ilə bağlı çoxlu işlər var, lakin onlar danışıqlar masası arxasında həll etmək lazımdır”, – deyə o, əlavə edib.KTMT

Bu məqaləni paylaş