Azərbaycanda koronavirus statistikası: 647 nəfər sağaldı, 241 nəfər yoluxdu (faizlər)

60
0

Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27760 nəfəri müalicə olunaraq sağalıb, 468 nəfəri vəfat edib, aktiv xəstə sayı 4456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.


Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  84.93 faizi sağalıb. Yoluxanlardan 13.63 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  32684 nəfərin 1.43 faizi ( 468 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.