Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə dair görüntülər paylaşıb.
“Az.shafaqna.com” xəbər verir ki, o, Ermənistanın mədən sənayesinin ağır fəsadlarını tvitter paylaşımında nümayiş etdirib.
H.Hacıyev buna görə məsuliyyət daşıyan şirkətləri fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də teleqram kanalında Oxçuçayın çirkləndirilməsinin görüntülərini yayımlayıb.
Water has been called “mining’s most common casualty”.#Okhchu river which flows from Armenia to Azerbaijan is unfolding environmental catastrophy. Heavy chemical contamination as a result of Armenia’s #mining industry. Responsible companies must stop their activities. pic.twitter.com/do5eoJrvVW
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 2, 2021