Bakıda diləndirilən azyaşlı nəzarətə götürüldü

Bakıda 3-4 yaşlı uşaq diləndirilib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, ötən gün axşam saatlarında 3-4 yaşlarında uşaq diləndirilərkən aşkarlanıb:

“Azyaşlı küçələrin birində aşkarlanıb. O, polis əməkdaşları tərəfindən sığınacağına yerləşdirilib”.

K.Ağazadə uşaqların diləndirilməsi hallarına son qoyulması ilə aidiyyəti qurumlara çağırış edib.

Bu məqaləni paylaş