İyun ayında 98 PKK terrorçusu zərərsizləşdirilib

Separatçı terror tәşkilatı PKK/YPG-yә qarşı iyun ayında hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 98 terrorçu da zәrәsizlәşdirilib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyә Silahlı Qüvvәlәri, Polis İdarәsi, Jandarm Komandanlığı vә Kәşfiyyat İdarәsinin terror tәşkilarına qarşı әmәliyyatları davam edir.

Mәlumata görә, bu çәrçivәdә iyun ayında ölkә daxilindә vә sәrhәddәn kәnarda separatçı terror tәşkilatına ağır zәrbәlәr endirilib.

Hәyata keçirilәn әmәliyyatlar zamanı 98 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Qeyd edәk ki, bu il tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı da 94-ә yüksәlib.

Bu məqaləni paylaş