
Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, böyük məbləğdə fırıldaqçılıq cəhdi faktı ilə 4 nəfər saxlanılıb.
Bu haqda Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
İstintaq müəyyən edib ki, tutulan şəxslər 350 min dolların müqabilində investora Kobuletidə (Acarıstan MR) mehmanxananın inşası, 11 235 kvadrat metr ərazinin alışı və inşa üçün müvafiq icazələrin alınmasında yardım etməyi vəd ediblər.
Cinayətkar dəstənin üzvləri investoru inandırıblar ki, 100 min dollar Acarıstanın maliyyə və iqtisadiyyat naziri üçün nəzərdə tutulub. Dələduzlar investoru aldadıblar ki, bunun müqabilində nazir işlərin həlli üçün öz nüfuzundan istifadə edəcək.
İnvestor istənilən məbləğin bir hissəsini cinayətkarlara verdikdə Antikorrupsiya Agentliyinin əməkdaşları onları həbs edib.
Faktla bağlı araşdırma başladılıb.














