Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Özbəkistanda bir sıra iri sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Özbəkistan İnformatizasiya və Telekommunikasiya Sahəsinə Nəzarət üzrə Dövlət İnspeksiyasının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bu addım Özbəkistan Respublikasının “Şəxsi məlumatlara dair” qanunun pozulmasına görə atılıb.
Müvaviq qanun pozuntusu səbəbi ilə, bu resursların ölkə ərazisindəki fəaliyyəti məhdudlaşdırılıcaq, lakin söhbətin məhz hansı saytlardan getdiyi qeyd edilməyib.
İnternetin özbək seqmentinin bir çox istifadəçiləri artıq “Twitter”, “TikTok” və “Vkontakte”-də bağlantı problemlərinin olduğunu deyirlər.
Bu məqaləni paylaş