Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda bazar ertəsi günündən kütləvi vaksinasiya başlayacaq.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, bu gün ölkəyə 1 milyon doza “Sinovak” və “Sinofarm” vaksini gəlib.
Qaribaşvilinin sözlərinə görəə, Çin vaksinləri ÜST tərəfindən təsdiqlənib.
O deyib ki, Çin vaksinləri ilə bağlı aktiv danışıqlar aparılıb və uğurlu şəkildə də başa çatdırılıb.
“Biz əlavə bir milyon doza gözləyirik və o, yəqin ki, gələn ay, yaxın bir neçə həftədə gələcək. Yarım milyon “Sinofarm” və yarım bir milyon “Sinovak” (gələcək)”, – deyə Qaribaşvili qeyd edib.
Bu məqaləni paylaş