Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə səsləyən çağırış edib.
Az.shafaqna.com Sputnik-ə istinadlı məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib ki, Azərbaycanda yoluxma azalsa da, dünyada pandemiya hələ bitməyib: “Buna görə də hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”.
H.Harmancı üzü payıza təhlükəsizlik tədbirlərini möhkəmləndirməyə çağırıb:
“Qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır. Sentyabr və oktyabrda “Delta” ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir. Başqa ştammlar da ola bilər. ÜST daim bunları monitorinq edir. Peyvəndlərdən mütləq şəkildə istifadə olunmalıdır. Peyvəndlər təsirli və təhlükəsizdir. Əhali gigiyenik qaydalara əməl etməlidir. Xüsusilə sıx məkanlara girdiyimiz zaman maska taxmaq vacibdir. Vaksinasiya çox önəmlidir”.