Azərbaycan səfiri etimadnaməsinin surətini İsveç XİN-də təqdim edib

Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Protokol departamentinin rəhbəri Mariya Kristina Lundqvistə təqdim edib.

Az.shafaqna.com xəbər verir ki, görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli əlaqələrə toxunulub, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Ölkələrimiz arasında ticari-iqtisadi, mədəni, İKT, elm-təhsil və alternativ energetika sahələrində daha sıx əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirən səfir Zaur Əhmədov bu imkanlardan hər iki ölkə üçün səmərəli şəkildə istifadə edilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Bu məqaləni paylaş