Putin “eyni xalqıq” dedi, Zelenski isə əksini

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ukraynalılar və rusların eyni xalq olduğunu deyib.

“Niyə Ukrayna (Rusiyanın) qeyri-dost olan ölkələr siyahısına daxil deyil? Çünki mən Ukrayna xalqının bizə qeyri-dost xalq olduğunu düşünmürəm… Ümumiyyətlə hesab edirəm ki, ukraynalılar və ruslar ümumiyyətlə bir xalqdır”, – deyə o bildirib.

Putin əlavə edib ki, Ukraynanın bugünkü rəhbərliyi isə Rusiyaya qarşı açıq-aydın qeyri-dost münasibəti bəsləyir.

Ukrayna prezidenti Vladimir Zelenski isə buna cavab olaraq deyib ki, ukraynalılar və ruslar eyni xalq deyil.

“Biz eyni xalq deyilik”, – deyə Zelenski qeyd edib.

Onun sözlərinə, hər iki xalqın çoxlu ortaq cəhətləri var, lakin “ukraynalılar və rusiyalılar eyni xalq olsa idi, o zaman Moskvada, çox güman ki, (pul vahidi olaraq) (Ukrayna) qrivnasından istifadə edilərdi, Dövlət Duması üzərində isə sarı-göy bayraq dalğalanardı”.

Zelenski istisna etməyib ki, “əgər iki ölkə arasındakı hərtərəfli bölünməni dayandırmaq üçün hələ gec deyilsə”, gələcəkdə “nəsə ortaq” bir şeylər ola bilər.

Bu məqaləni paylaş