PKK terror qruplaşması son 5 ildə Suriyada saxladığı şəxslərdən ən az 67 nəfərə işkəncə verərək qətlə yetirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, dinc vətəndaşlara qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Mərkəzi separatçı terror təşkilatı YPG/PKK-nın Suriyada işğal olunmuş bölgələrdə mülki şəxslərə qarşı törətdiyi cinayətlər barədə hesabat yayıb.
Mərkəzin hesabatında Suriyadakı vətəndaş müharibəsində YPG/PKK üzvü terrorçuların 2016-cı ildən bəri biri uşaq və 2 qadın olmaqla ən azı 67 nəfərə işkəncə verərək öldürdüyü qeyd edilib.
Terror təşkilatının işgəncələrində qisas izlərinin yer aldığı ifadə edilən hesabatda məhbuslara müxtəlif işkəncələrin verildiyi vurğulanıb.
Son 6 ayda ən azı 6 nəfərin təşkilatın işgəncəsi nəticəsində həyatını itirdiyini bildirən hesabatda həbsxanalarda saxlanılan ən azı 3417 nəfərin taleyindən isə xəbər tutula bilmədiyi qeyd edilib.