Kiyevdəki bombalı terrorçu ələ keçirildi – YENİLƏNDİ

70
0

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, xüsusi təyinatlılar Kiyevdəki bank şöbəsini partlatmaqla hədələyən şəxsi ələ keçiriblər.

Terrorçu diri ələ keçirilib. Partlayış baş verməyib. Hadisə yerində partlayış texnikası mütəxəssisləri çalışır. Qarşıda məhkəmə və uzun həbs həyatı var”, – deyə Ukrayna DİN rəsmisi Anton Geraşenko bildirib.

***16:09

Az.shafaqna.com “Kommersant”-a istinadən xəbər verir ki, Kiyevdə naməlum şəxs “Leonardo” biznes-mərkəzində gizlənib.

O, çantasında bombanın olduğunu iddia edir.

Ukrayna daxili işlər nazirinin birinci müavini Anton Geraşenko bildirib ki, polislər ehtimal edilən terrorçu ilə danışıqlar aparırlar.

DİN rəsmisinin sözlərinə görə, biznes-mərkəzdəki “Universal” bankın əməkdaşı bomba ilə təhdid edən şəxs barədə polisə məlumat verib. Bankın bütün əməkdaşları binanı tərk edib, şöbə rəisi öz istəyi ilə terrorçu ilə qalmağa razılıq verib.

Polis əməkdaşları terrorçu ilə danışıqlara başlayıb və ona təslim olmağı təklif ediblər”, – deyə Geraşenko bildirib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, terrorçu 32 yaşlı Özbəkistan vətəndaşıdır.

Onun sosial şəbəkə səhifələrinə əsasən, o, psixi qeyri-stabil bir şəxsdir”, – deyə o əlavə edib.

Terrorçunun nə qədər ciddi olması və onun, həqiqətən də, bombasının olması haqda polisdə dəqiq məlumat yoxdur.

Paylaşılan fotoda terrorçunun ayağından, guya ki, çantadakı detonatora naqillər gedir.

Terrorçu telekanalın canlı efirinə çıxış tələb edir.

Çox güman ki, bu tələblər yerinə yetiriləcək, çünki indi burada bunu təşkil etmək imkanları axtarılır. Hazırda buradan daha çox insan çıxarılır”, – deyə bildirilib.