Gürcüstanda yeni əskinaslar dövriyyəyə buraxıldı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda 5 və 20 lari nominallı yeni əskinaslar bu gündən – 1 iyuldan dövriyyəyə buraxılıb.

Yeni əskinaslar əvvəlki illərə aid əskinasla bərabər şəkildə istifadədə olacaq.

Qeyd edək ki, Gürcüstan Milli Bankının məlumatlarına əsasən, dövriyyədə 4,6 milyard lari var.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş