Çavuşoğlu Lavrovla Qarabağı müzakirə edib

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türkiyəyə gələn rusiyalı həmkarı Sergey Lavrovla Antalyada birgə mətbuat konfransında deyib.

Çavuşoğlu görüşdə Rusiya ilə ikitərəfli əlaqələrv yanaşı regional məsələlərin də müzakirə edildiyini və Suriya, Liviya, Əfqanıstan və Qarabağdakı vəziyyətin gündəmdə olduğunu söyləyib.

Çavuşoğlu “Suriya məsələsini müzakirə etdik, Liviyadakı son durumu da qiymətləndirdik. Əfqanıstandakı vəziyyəti də eləcə. Qarabağ bu gün yenə də regional məsələlərimizdən biri oldu. Suriyada siyasi proses üçün sahədə dincliyin davam etməsi üçün Rusiya ilə işləyəməyə davam edəcəyik. Hazırda Suriya üçün ən faydalı mexanizm Astana prosesidir” deyib.

Çavuşoğlu “Türkiyə ilə Rusiyanın məqsədi Qarabağda sülh və sabitliyin dayanıqlı olmasıdır” deyə vurğulayıb.

Mövlud Çavuşoğlu Liviya ilə əlaqəli qiymətləndirməsində isə, “Liviyada ölkənin siyasi birliyi və ərazi bütövlüyü hamımızın razılaşdığımız bir prioritetdir” ifadələrindən istifadə edib.

Nazir Çavuşoğlu Rusiya ilə  yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd sertifikatları ilə əlaqədar, “Peyvənd sertifikatlarımızın qarşılıqlı tanınması ilə bağlı təklifimizi Rusiyaya çatdırdıq” deyə bildirib.

Bu məqaləni paylaş