Foto: dim.gov.az

Azərbaycanda Ali və ya orta ixtisas təhsilli müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub.

Az.shafaqna.com xəbər verir ki, bu barədə DİM özünün sosial şəbəkə səhifəsində məlumat verib. Qeyd olunur ki, Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23.59-dək qeydiyyatdan keçməklə ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki
https://eservices.dim.gov.az/erizebak/azdili/?frm=egov

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki
http://eservices.dim.gov.az/erizetex/erizerus2/?frm=egov

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcəkdir.

Xatırladaq ki, 2020-ci il iyun-iyul ayları ərzində keçirilən birinci Azərbaycan dili imtahanlarında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan və imtahanda iştirak etməyən şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.