Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Əfqanıstanla sərhəddə iki pakistanlı hərbi qulluqçu həyatını itirib.
Bu barədə Pakistan ordusundan məlumat verilib.
Qeyd edilib ki, Pakistanın Xeybər-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində terrorçular blokpostlardan birini atəşə tutublar.
Atəş Əfqanıstan ərazisindən açılıb. Terrorçuların olduğu əraziyə cavab zərbəsi endirilib.
Söhbətin hansı terror təşkilatından getdiyi isə bildirilməyib.
Bu məqaləni paylaş