
Az.shafaqna.com “Sputnik Tacikistan”-a istinadən xəbər verir ki, Əfqanıstandan İŞİD terror təşkilatının “Xorasan” qanadının kəşfiyyat başçısı Əsədulla Orakzay məhv edilib.
Bu haqda Əfqanıstan Milli Təhlükəsizlik Direktoratı məlumat yayıb.
Adıçəkilən terrorçunun məhv edilməsi əməliyyatı 1 avqust tarixində Pakistanla sərhəddə yerləşən Nanqərhar əyalətində keçirilib.
Xüsusi əməliyyatın təfərrüatları qeyd edilməyib.
Bildirilir ki, Orakzay dinc sakinlərə hücumların təşkilinin məsuliyyətini daşıyır.
Qeyd edilir ki, İŞİD-dəki rəqiblərini “təmizlədiyi” üçün ona “İŞİD-in qəssabı” ləqəbi verilib.






























