Gürcüstanda iyunda işsizlik təzminatı alanların sayı açıqlandı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda iyun ayında dövlətdən 200 lari məbləğində maddi yardımı 102 665 vətəndaş alıb.

Qeyd edək ki, sözügedən yardım pandemiya səbəbi ilə işsiz qalmış şəxslərə verilir.

Bu barədə Dövlət İşədüzəltmə Agentliyi (DİA) məlumat verib.

Pul yardımının ümumi məbləği 20,5 milyon lari təşkil edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş