Gürcüstan MSK sədri istefa verdi – SƏBƏB

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Tamar Jvaniya istefa verib.

Bu barədə onun özü “Facebook” səshifəsində məlumat verib.

Xatırladaq ki, Jvaniya 2013-cü ildən MSK-a başçılıq edib. O, 2018-ci ilin dekabr ayında ikinci müddət üçün MSK sədri seçilib.

“Mən 2021-ci il 1 iyuldan Gürcüstan MSK sədri səlahiyyətləri müddətimi uzatmamaq qərarını qəbul etdim ki, bu, siyasi tərəflərə yenilənmiş Seçki kodeksi əsasında MSK sədri seçməyə imkan verəcək”, – deyə o, qeyd edib.

Jvaniyanın sözlərinə görə, qanunvericiliyə əsasən, o, hələ 2 ildən çox MSK-da işləyə bilərdi.

“Lakin hesab edirəm ki, Şarl Mişel razılığına müvafiq olara qəbul edilmiş seçki qaydaları yeni reallıq gətirib. Müvafiq olaraq, MSK sədrinin yeni qaydalara uyğun şəkildə seçilməsi geniş siyasi razılığa səbəb olan əlavə faktor olacaq. Əminəm ki, mənim qərarım siyasi qüvvələr arasındakı konstruktiv əlaqələr imkanını artıracaq ki, bu da, öz növbəsində, seçki administrasiyasına, qarşıdan gələn seçki prosesinə və ümumilikdə ölkəmizə kömək edəcək”, – deyə o, əlavə edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş