Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Sind əyalətinin Ali məhkəməsi əxlaqsız məzmunlar, anti-islami materiallar və mənəvi dəyərlərə zidd olan paylaşımlara görə “TikTok”-u bloklayıb.
Bu, son iki ərzindəki 3-cü qadağadır. Bu dəfəki qadağa isə 8 iyuladək qüvvədə olacaq.
Qeydedilən tarixdə isə məhkəmə iclasının keçirilməsi nəzərdə tutulub.
Bununla bağlı, bir qrup pakistanlı vəkil “TikTok”-un cinayətkarlıq və narkotik maddələrdən istifadənin artmasına səbəb olmasına görə adıçəkilən proqramın qadağan olunmasını istəyir.
Bu məqaləni paylaş