Kanadanın qərb əyalətlərində davam edən istilərdən sutka ərzində 63 nəfər həyatını itirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, CBC kanalı Kanada polisinə istinadən məlumat yayıb.
Məlumata görə, Surrey, Burnaby və Vancouver şəhərləri və ətrafında həddindən artıq istilik səbəbindən bir gündə 63 nəfər ölüb. Həyatını itirənlərin əksəriyyəti yaşlı insanlar olub.
Mütəxəssislər British Columbia, Alberta, Yukon və Şimal-Qərb Ərazilərində təsirli olan tempraturu “istilik günbəzi” olaraq xarekterizə ediblər.
British Columbia əyalətində bələdiyyələr tərəfindən qurulan sərin məkanlarda isti havadan təsirlənənlərə fasiləsiz xidmət göstərir. Bu mərkəzlərə gələnlər maye qidalar ilə təmin edilir və sağlamlıq problemi olanlar üçün tibbi xidmət çatdırılır. İstilər səbəbindən əyalətdəki restoranlar, pərakəndə mağazalar və bəzi məktəblər bağlanarkən, yeni növ koronavirus (kovid-19) əleyhinə vaksinasiya xidməti çatdıran klinikalar randevuları təxirə salmağa başlayıblar.