
Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, Türkiyə 1 sentyabradək qonşu İraqla uçuşları dayandırıb.
Koronavirusun yayılması ilə mübarizə çərçivəsindəki bu qərar 2 avqustda qüvvəyə minib.
İraq Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir ki, bu qərar Türkiyə Səhiyyə Nazirliyinin sorğusu əsasında qəbul edilib.
Xatırladaq ki, 2020-ci il 17 martda koronavirusun yayılmasının fonunda İraq beynəlxalq uçuşları dayandırmışdı. 23 iyuldan isə reyslər bərpa edilib.
İndiyədək İraqda 129 mindən çox yoluxma qeydə alınıb, 4868 nəfər isə COVID-19-dan dünyasını dəyişib.






























