Türkiyədə idman yarışları azarkeşlərlə keçiriləcək

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.

Nazirin sözlərinə görə, idman müsabiqələri tamaşaçı sayı təyin edilərək oynanılacaq.

Məlumata görə, 2021/2022 mövsümündə Türkiyə Super Liqası azarkeşlərin iştirakı ilə baş tutacaq.

Koca “Twitter” hesabından etdiyi  paylaşımda isə ölkənin vaksinasiya durumundan yazıb.

O qeyd edib ki, hər 4 nəfərdən birinə vaksin vurulub. İkiqat dozada peyvənd alanların sayı bu gün (29 iyun) günorta saatlarında 15 milyona çatıb. 18 yaşdan yuxarı əhalinin 25 faizi artıq peyvənd olunub. Epidemiyaya qarşı gücümüzün artması vaksin vurduranların sayının artmasından asılıdır. Növbəsi gələnlər vaksin vurdursunlar.

Bu məqaləni paylaş