Qəzni vilayətindən Millət vəkili seçilmiş Hudad İrfani mətbuata açıqlamasında bu barədə danışıb.
Az.shafaqna.com trthaber-ə istinadən xəbərinə görə, o qeyd edib ki, Taliban silahlılar Qəzninin Hoca Öməri, Vaiz və Mukur qəsəbələrinə eyni vaxtda hücumlar təşkil edərək nəzarəti ələ keçiriblər. İrfaninin sözlərinə görə hücumlar nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələri sözügedən ərazilərdən çıxıblar. İrfani həmçinin deyib ki, vəziyyət belə davam edərsə Taliban Qəzni vilayətinin bütövünü ələ keçirəcək.
Əfqanıstan Müdafiə Nazirliyindən yayılan açıqlamada isə ölkənin şimalındakı Faryab vilayətinin Paşin Kot qəsəbəsi ilə Pervan vilayətinin Şinvari rayonuna nəzarətin Talibandan geri alındığı bildirilib. Sutka ərzində 14 vilayətdə Taliban qruplaşmasına qarşı əməliyyat başladıldığına diqqət çəkilən açıqlamada, 235 yaraqlının öldürüldüyü və 161-nin isə yaralandığı qeyd edilib.
Xatırladaq ki, Taliban iyunun 20-də Bəlx və Samanqan vilayətlərində iki rayona, 21 iyunda isə Bəlx-in Devlet Abad, Şolgərə və Kişindeh qəsəbələrinə nəzarəti ələ keçirib. Beləcə son 2 ayda Talibanın nəzarətinə keçən qəsəbə sayı 45-ə çatıb.
Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesabata görə Taliban şəhər mərkəzləri istisna olmaqla , ölkə ərazisinin 50%-70%-ni nəzarət edir.