ÜST başçısı: Yeni pandemiyalara hazırlaşmalıyıq

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, dünya ictimaiyyəti hazırkı pandemiyadan dərslər çıxarmalı və yeni epidemiya və pandemiyalara hazırlaşmalıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreisus bəyan edib.

“Biz hamımız pandemiyanın bizə öyrətdiyi dərsləri öyrənməliyik”, – deyə o, qeyd edib.

Qebreisus bildirib ki, yeni epidemiya və pandemiyalara hazırlıq üçün, onların qarşısının alınması üçün və onların aşkar edilərək onlara lazımi sürətli reaksiyanın verilməsi üçün hər bir şey edilməlidir.

O, “vaksin bərabərsizlik və vaksin millətçiliyinin” mövcudluğuna toxunaraq deyib ki, bu cür hallar yüksək və aşağı gəlirləri olan ölkələr arasındakı uçurumu daha da dərinləşdirir.

Onun sözləronə görə, bütün vaksinlərin 77%-i hazırda 10 dövlətdədir. Eyni zamanda da, aşağı gəlirli ölkələrin əksəriyyətində əhalinin ən zəif və riskə məruz qalan hissəsini vaksinasiya etmək üçün “əvvəlkitək kifayət qədər vaksin yoxdur”.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş