Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, gözləri görməyən 90 yaşlı müsəlman xanım Ruhiyyə Ərəfəh Mənsur müqəddəs Qurani-Kərimi əzbər bilir və yaşlanmasına baxmayaraq, tələbələrinə müqəddəs kitabı öyrətməyə davam edir.
Ruhiyyə nənə 1931-ci ildə Misirin paytaxtı Qahirədən şimalda yerləşən kəndlərdən birində anadan olub.
O, 7 yaşında olarkən atası onu Qurani-Kərimi öyrənməsi üçün müəllim yanına göndərir.
Ruhiyyə nənə cəmi 2 ilə bütün Quranı əzbərləyib və 5 il ərzində dini təhsilini davam etdirib.
Bundan sonra o, kəndinə geri dönərək Qurani-Kərimi tədris etməyə başlayıb.
Bu məqaləni paylaş