ABŞ prezidenti erməniləri təbrik etdi

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden işğalçı Ermənistan rejiminin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibəti ilə təbrik edib.

“Ermənistan xalqı və baş nazir Nikol Paşinyanı uğurlu parlament seçkiləri ilə bağlı təbrik edirəm”, – deyə o, qeyd edib.

Baydenin sözlərinə görə, ABŞ-ın Ermənistanla həmkarlığı “ortaq dəyərlərə, həmçinin demokratik islahatlar və münaqişələrin həllindəki əməkdaşlığa əsaslanır”.

O, bu əməkdaşlığın möhkəmlədilməsinə sadiq olduğunu əlavə edib.

Bu məqaləni paylaş