Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan parlamenti növbədənkənar iclas zamanı seçki islahatına dair qanun layihəsini 3-cü oxunuşda təsdiq edib.
Seçki islahatının lehinə 86 deputat, əleyhinə isə 3 deputat səs verib. “Lelo” və “Milli Hərəkat” səsvermədə iştirakdan imtina edib.
Sözügedən islahatla Kodeks, o cümlədən də seçki komissiyasının komplektləşdirmə qaydaları da köklü şəkildə dəyişir. Seçkilər elektron sistem üzrə keçiriləcək. İnzibati resurslardan istifadə etməklə təşviqatın aparılması qadağan ediləcək.
Oktyabrda yeni kodeks üzrə Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Bu məqaləni paylaş