Toyda rəqs edərkən maska taxmaq lazımdır? – DİN-dən AÇIQLAMA

“50 nəfərlik toyda iştirak edən şəxslər rəqs etmək istəyərkən maska taxmalı deyil”.

Az.shafaqna.com xəbər verir ki, bunu AZTV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi əlavə edib ki, bütün bunlar əvvəlki aylarda tətbiq olunan normalardır ki, 50 nəfərlik kvotaya daxildir:

“Yəni ictimai iaşə obyektləri ilə bağlı norma necə idisə, bu norma qüvvədə saxlanılır. Şəxslər obyektə daxil olarkən maska ilə daxil olur və masa ətrafında isə tibbi maskadan istifadə etməyə bilər”.

Bu məqaləni paylaş